Əlaqə Arxiv
news Image
2014.03.10
21:22
| A A A
Türkiyənin əfsanəvi Ergenekonçuları azadlığa çıxdı
Polkovnik Levent Göktaş , Tücay Özkan və Sedat Peker məhkəmə hökmü ilə sərbəst buraxıldı Bu gün 2007-ci ildə başlayan və dalğa-dalğa həyata keçirilən əməliyyatlar və həbslər nəticəsində Türkiyənin bir nömrəli gündəmini təşkil edən "Ergenekon" prosesində ardıcıl olaraq azadlığa buraxılmalar barədə məlumatlar verilir.Movqe.az-ın verdiyi məlumata görə, akademik Yalçın Küçükdən sonra Ağır Cəza məhkəməsi Məhmət Əli Çələbi, Həsən İğsız, Şənər Eruygur, Mərdan Yanardağ və Ələddin Sevimin azadlığa buraxılması barədə qərar qəbul edib.Qeyd edək ki, bundan əvvəl Ergenekon işi əlaqədar həbs edilmiş Tuncay Özkan, təqaüddə olan polkovnik Levent Göktaş və Sədat Pekerdən sonra vəkil Kamal Kerinçsiz, təqaüddə olan Dursun Çiçək, İbrahim Şahin və Alparslan Arslanın həbsdən azad edilməsi barədə qərar verilmişdi.Bu arada, Ergenekon işi ilə əlaqədar həbsdən azad etmə qərarlarını verən İstanbul 20-ci Ağır Cəza Məhkəməsi Kamal Kerinçəsizə ölkə xaricinə çıxmaq barədə də qadağa qoyub. Sözü gedən şəxslərin Ergenekon prosesi ilə əlaqədar azad edilməsinə baxmayaraq, hakimlərə qarşı söyüş söydüyü əsas gətirilən Alparslan Arslan daha 4 il 2 ay həbsdə qalacaq.
Sizin Reklam Yeriniz