Bayram günləri qazın verilişində fasilə olmayacaq
“Azəriqaz” İstehsalat Birliyi (İB) Novruz bayramı ilə əlaqədar 2014-cü il martın 19-dan 27-dək gücləndirilmiş iş rejimində işləyəcək.
İB-nin mətbuat xidmətindən verilən məlumata görə, bayram günlərində
istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin
edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın
tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti
gücləndirmək məqsədi ilə birlik tərəfindən zəruri tədbirlər həyata
keçiriləcəkdir.
Belə ki, 185 nömrəli "qaynar xətt"in və 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək, yerli qaz istismar sahələrinin məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaqdır.
"Azəriqaz" İB bütün təbii qaz istehlakçılarından Novruz bayramı günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.