Əlaqə Arxiv
news Image
2014.03.15
19:15
| A A A
Dövlət Filarmoniyasının binası uçub: 4 yaralı
Gəncə Dövlət Filarmoniyasının tikilməkdə olan yeni binası uçub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yeni tikilən binada beton tökülən sütunlar uçub. İlkin məlumatlara görə, 4 nəfərin xəsarət aldığı və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə bu gün axşam saatlarında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb olinub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə hadisə baş verən ərazidə jurnalistlərin məlumat toplaması və çəkiliş aparması üçün maneələr yaradılır.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Sizin Reklam Yeriniz