Əlaqə Arxiv
news Image
2014.03.15
22:38
| A A A
Sevastopolda deputat qaçırıldı
Şəhər polis idarəsində Qennadi Basovun qaçırılması ilə bağlı cinayət işi açılıb və deputatın tapılması üzrə axtarış tədbirlərinə başlanılıb Sevastopolda naməlum şəxslər tərəfindən "Ruskiy blok" partiyasının lideri, deputat Qennadi Basov qaçırılıb. Movqe.az-ın məlumatına görə, deputat bu gün səhər saatlarında qaçırılıb. Şəhər polis idarəsində Qennadi Basovun qaçırılması ilə bağlı cinayət işi açılıb və deputatın tapılması üzrə axtarış tədbirlərinə başlanılıb.Qeyd edək ki, "Ruskiy blok" partiyasının əsası 2002-ci ildə qoyulub. Sözügedən partiya Krım Muxtar Respublikasında rusdilli əhalinin hüquqlarını qorumaq məqsədilə yaradılıb. "Ruskiy blok" 2012-ci ildə partiya kimi Ukrayna Ali Radasından keçə bilməsə də, Qennadi Basov Sevastopol şəhər şurasının deputatı seçilmişdi.
Sizin Reklam Yeriniz