Bakıda və Abşeron yarımadasındahava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 5-8°, gündüz 13-18° isti, Bakıda gecə 5-7°,
gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa
enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasındahava,
əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz
13-18°, bəzi yerlərdə 20°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında
hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman
olacaq.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12°, bəzi
yerlərdə 15°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava, əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5°, gündüz 13-18° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə
duman olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°
şaxta, gündüz 5-10°, bəzi yerlərdə 15°-dək isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan və Neftçala
rayonlarındahava, əsasən, yağmursuz keçəcək, gecə və
səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 2-7°, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarındahava, əsasən, yağmursuz keçəcək, səhər
dağlarda duman olacaq.
Temperaturun gecə 5-7°, gündüz 12-17° isti, dağlarda gecə 3°
şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.