Əlaqə Arxiv
news Image
2014.03.16
13:00
| A A A
Suriya qoşunları bir şəhəri üsyançılardan aldı
"Əl- Məyədin" telekanalı xəbər verir ki, Yabruda daxil olan Suriya ordusu döyüşlərlə şəhərin mərkəzinə doğru irəliləyir. Ötən gün onlar bələdiyyə binası yerləşən meydana yaxınlaşıblar. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

"Düşmən şiddətli müqavimət göstərir. Bundan başqa, şəhərdə dinc sakinlər qalıb, bu da ordunun hərəkətlərini məhdudlaşdırır", - əməliyyata rəhbərlik edən zabit bildirib.

Bununla belə, onun sözlərinə görə, hərbçilər Yabrud şəhərinin mərkəzi hissəsinə doğru bir neçə yüz metr irəliləyiblər. Yaraqlılar Mar-Maron dağının cənub yüksəkliklərindən vurub çıxarılıblar, onların sığınacaq kimi istifadə edilən yeraltı tunel aşkar edilib və ləğv olunub.

"İslam cəbhəsi"nə daxil olan "Əhrar əş-Şam" briqadasının qiyamçıları Yabrud şəhərini tərk ediblər, qonşu Rankus şəhərinə geri çəkiliblər.
Sizin Reklam Yeriniz