Əlaqə Arxiv
news Image
2014.03.16
15:15
| A A A
Türkiyənin müdafiə naziri Suriya ərazisinə girəcəklərini bəyan edib
Türkiyə Süleyman Şahın məqbərəsini mümkün hücumlardan qoruyacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bəyan edib.

Məqbərə və onun ətrafı Suriya ərazisindəki olan türk anklavıdır və bir neçə türk hərbçiləri onu qoruyur.

Hazırda məqbərə yerləşən kənd "Əl-Qaidə" ilə bağlı olan "İraq və Levantın İslam dövləti" (İLİD) qruplaşmasının yaraqlıların əlinə keçib.

Türkiyənin müdafiə naziri, "Türbənin ətrafında təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlər görülüb", - deyərək Süleyman Şahın məqbərəsini mümkün hücumlardan qoruyacaqlarını bildirib.
Sizin Reklam Yeriniz