Qaz partladı, bir ailənin 4 üzvü yandı (VİDEO)
Masallıda yaşayış evində qaz partlayışı
olub,ailənin 4 üzvü yaralanıb. Hadisə dünən səhər saatlarında rayon
mərkəzində 37 yaşlı Ramin Ələkbərova məxsus həyətyanı sahədə inşa
olunmuş ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı köməkçi tikilidə
baş verib.
Qaz sızması nəticəsində baş verən partlayışdan sonra yanğın olub. Köməkçi tikilidə yaşayan bir ailənin 4 üzvü - 37 yaşlı Ramin Ələkbərov, onun həyat yoldaşı, 30 yaşlı İlhamə Ələkbərova, qızları, 10 yaşlı Gülsüm və 3 yaşlı Təhminə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Burada onlara ilkin tibbi yardım göstərilib.
Ailə başçısının, onun həyat yoldaşının və 3 yaşlı qızı Təhminınin yanıq xəsarətləri cox olduğundan onlar təcili olaraq Bakıya Yanıq Mərkəzinə yola salınıblar. Mərkəzin şöbə müdiri vüqar ələkbərovun verdiyi məlumata görə bədənin 50 faizi yanan Ramin Ələkbərov reanimasiya şöbəsinə yerləşdirilib.
Ailənin qalan üzvlərinin vəziyyəti isə nisbətən yaxşıdı.