Əlaqə Arxiv
news Image
2014.03.18
16:40
| A A A
Erkən nikaha girən qızlar uğursuz nikahdan sonra kafe barlarda cinsi istismara məruz qalır
Azərbaycanda erkən nikaha daxil olan qızlar əksər hallarda insan alveri qurbanına çevrilir. Bu sözləri Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova söyləyib. M. Əzizova bildirib ki, erkən nikahları çoxu uğursuz olduğundan belə ailələrdə boşanmalara çox rast gəlinir: "Erkən ailə quran qızlar rəsmi olaraq nikaha girmədiklərindən, ayrıldıqda onlar mülkdən onlara çatacaq paya sahib çıxa bilmirlər. Uşaqları olduqda belə ayrıldıqdan sonra yaşamaq üçün evləri olmadığından, təhsilləri olmadıqlarından kafe və barlarda işə düzəlmək, hətta bu cür yerlərdə gecələmək məcburiyyətində qalırlar. Belə halda çoxu həmin yerlərdə cinsi təcavüzə məruz qalır, tədricən insan alveri qurbanlarına çevrilirlər. Həmin qadınların getməyə, yaşamağa yerlərinin olmaması onları qarşılaşdıqları mühitdə olan münasibətlə razılaşmaq məcburiyyətində qoyur".
Sizin Reklam Yeriniz