Əlaqə Arxiv
news Image
2014.03.19
09:20
| A A A
Diqqətli olun! Telefonlarınız dinlənə bilər
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi yeniliyə imza atıb.ANS PRESS-in xəbərinə görə, ABŞ-ın elektron casusluqla məşğul olan Milli Təhlükəsizlik Agentliyi (MTA) bütün xarici ölkələrdəki telefon danışıqlarını dinləyə bilmək imkanı olan bir sistem yaradıblar.ABŞ-ın keçmiş kəşfiyyat agenti Edvard Snoudenin gizli məlumatları sızdırması və Milli Təhlükəsizlik Agentliyinin telefonları dinləmə, mail yazışmaları və sosial şəbəkələrdəki məlumatlara çatması kimi məlumatları açıqlamasından sonra MTA sistemdə dəyişiklik etməyi qərara alıb.2009-cu ildən təbiq edilən "Mystic" adlı səs dinləmə siteminə səs dinləmələrini geri qaytarmaq da əlavə edilib. Proqramın idarəçilərindən biri bu sistemi zaman maşınına bənzədib. MTA bu sistem vasitəsilə istənilən xarici ölkədəki telefon danışıqlarını 100 % dinləməklə yanaşı, ölkə daxilində hər bir danışığı 30 gün qeyd edə və daha sonra yeniləndikcə silə biləcək.Qeyd edək ki, MTA-nın xüsusi bir ölkə üçün hazırladığı bu sistemini başqa ölkələrdə də quracağı istisna edilmir.
Sizin Reklam Yeriniz