Əlaqə Arxiv
news Image
2014.03.19
10:25
| A A A
Əkizlərini itirən ana Bakıya gətirildi

Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən ana Bakıya gətirilib.

APA-nın məlumatına görə, ötən gün əkiz körpələrini doğuş zamanı itirən Gülnarə Şəmiyeva bu gün səhər saatlarında Mirqasimov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, G. Şəmiyeva reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.Qeyd edək ki, ötən gün Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyatına qaldırılan qadının əkiz oğlan uşaqlarının öldüyü məlum olub. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində rayon sakini Gülnarə Şəmiyevanın üzərində doğuş məqsədilə ilə əməliyyat aparan cərrah Tosif Qasımov açıqlamasında qadının hestoz xəstəliyindən əziyyət çəkdiyini, sidiyə gedə bilmədiyi üçün ayaqlarında şiş yarandığını deyib: "Əməliyyat bitəndən sonra xəstədə sidik ifrazı bərpa olunmadığı üçün baş həkimə müraciət etdim. Qadının Bakıda müalicəsinin davam etdirməsi üçün Səhiyyə Nazirliyinin rayona ezam olunacaq nümayəndəsini gözləyirik".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrili açıqlamasında deyib ki, Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən 1989-cu il  təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə gətirilərkən uşaqlar artıq ananın qarnında ölmüş vəziyyətdə olub. Qadında antenatal (bətndaxili) ölüm baş verdiyini deyən A.Qədirli bildirib ki, bunun səbəbləri hələki məlum deyil: "Böyük ehtimalla ana xəstəxanaya gəlmədən öncə yıxılıb və bu da antenatal ölümə səbəb olub. İlkin səbəb kimi bu göstərilir. Lakin bütün məlumatlar nazirliyin Doğuşa Yardım Komissiyasına təqdim edilib. Anada xəstəxanaya gəlmədən öncə antanental ölüm baş verdiyi üçün hadisənin dəqiq səbəbləri Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır və nəticələr onların araşdırmasında sonra məlum olacaq".

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz