Əlaqə Arxiv
news Image
2014.03.19
17:38
| A A A
Azərbaycan və Ermənistan prezidentləri görüşəcək
İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün Haaqada baş tutması gözlənilir Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. Movqe.Az ANS PRESS-ə istinadən xəbər verir ki,  ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz Twitter səhifəsində yazıb. 

O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında görüş 23-25 martda Haaqada, Nüvə Təhlükəsizliyi Sammitində baş tutması gözlənilir. 

Qeyd edək ki, III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Azərbaycanın da iştirak edəcəyi sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir. 

Azərbaycan prezidenti də sammitə dəvət edilib.
Sizin Reklam Yeriniz