Taner Yıldız: "SOCAR-ın yatırımı Türkiyədə siyasi sabitliyə inamı artırdı"
"Azəri qardaşlarımızla təkcə qardaşlıq
münasibətləri deyil, eləcə də sıx iqtisadi əlaqələrimiz var.
TANAP-ı bura daxil eərsək 20 milyard dollarlıq yatırımdan söhbət
gedir. Bu həyəcanverici bir rəqəmdir. SOCAR-ın yatırımı Türkiyədəki
siyasi sabitliyə inamı daha artırdı".
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Petkim limanın görülən işlərlə tanış olarkən bildirib. O, jurnalistlərin suallarını cavablandırarkən layihənin önəmindən söz açıb.
Taner Yıldız Türkiyədə ən böyük liman olacaq Petkim limanındakı işlərin 2015-ci ildə yekunlaşacağını qeyd edib: "Burada görülən işlərin Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsi üçün önəmli yeri var".