Bayramda Bakıda 150-yə yaxın təcili yardım briqadası iş başında olacaq
Bayram və istirahət günlərində Bakı Şəhər Təcili
və Təxirəsalınmaz Yardım Stansiyasının həkimləri gücləndirilmiş iş
rejimində işləyəcəklər.
Stansiyadan verilən məlumata görə, Dənizkənarı Milli Parkda keçiriləcək şənlik və bayram tədbirləri ilə əlaqədar "Azneft" meydanı, Kukla Teatrı, Qız qalası və Hökumət evinin qarşısında 4 həkim briqadası növbədə duracaqdır.
Bundan başqa, Suraxanı rayonu ərazisindəki "Atəşgah"da da həkimlər növbədə olacaqlar.
Bütün təcili yardım stansiyalarında lazımı dərman və tibbi yardım məmulatları vardır.
Ümumilikdə bayram günlərində paytaxtda 143 təcili yardım briqadası tam tərkibdə işləyəcəkdir.