Krım parlamentinin adı dəyişdirildi
Krım Rusiya Federasiyasının tərkibinə daxil
edildikdən sonra Krım Muxtar Respublikası Parlamentinin adı "Krım
Respublikası Dövlət Şurası" olaraq
dəyişdirilib.
Martın 16-da keçirilən referendumdan sonra parlamentin adının dəyişdirilməsinə qərar verilmişdi, parlamentin adının lövhəsi isə referendumdan bir gün əvvəl sökülmüşdü. Bu gün isə Krım parlamentinin binasına kiril əlifbası ilə yazılmış "Krım Respublikası Dövlət Şurası" lövhəsi asılıb.
Parlament binasının yeni adının rus dili ilə yanaşı, yaxın vaxtlada ukrayna və krım tatar dilində variantlarının əks olunduğu lövhələrlə də bildiriləcəyi açıqlanıb.