Rezidenturaya sənəd vermiş namizədlərin nəzərinə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezedentura pilləsinə sənəd
verən bakalavrlara müraciət edib. TQDK-dan Movqe.az-a verilən
məlumata görə, 2014/2015-ci tədris ilində Azərbaycan
Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin
hazırlanması məqsədi ilə rezidenturaya baza fənləri üzrə
keçiriləcək test imtahanında iştirak edəcək namizədlər "İmtahana
buraxılış vərəqi"ni əldə edə bilərlər. Namizədlər buraxlış vərəqini
TQDK-nın internet saytından çap edib götürə bilərlər.
Qeyd edək ki, imtahana gələrkən buraxılış vərəqini və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlisiniz. İmtahan mart ayının 30-da baş tutacaq.
Qeyd edək ki, imtahana gələrkən buraxılış vərəqini və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlisiniz. İmtahan mart ayının 30-da baş tutacaq.