Əlaqə Arxiv
news Image
2014.03.21
14:25
| A A A
Ukrayna AB ilə assosiasiya sazişi imzaladı
Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişini haqqında razılaşmanı imzalayıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu AB-nin mətbuat katibinin müavini Herman Vam Rompeya Preben Aaman deyib. O bildirib ki, razılaşma cümə günü Brüsseldə tərəflər arasında imzalanıb: 

"Mən təsdiq edə bilərəm ki, razılaşmanın siyasi hissəsi imzalanıb".

Qeyd edək ki, Ukraynanın Nazirlər Kabineti Avropa Birliyi ilə assosiasiya haqqında sazişin imzalanmasına hazırlığı 2013-cü ilin noyabrında dayandırıb. Hökümət bunu öz əsas partnyorlarıyla əmtəə dövriyyəsində hiss olunan azalma ilə izah edib. Daha sonra ölkəni "avromaydan" adlandırılan kütləvi aksiyalar bürüyüb. Fevral ayında Kiyevdə küçə döyüşlərində 100-dən çox insan həlak olub. Mindən çox insan zərər çəkib.

Fevralın 22-də isə hakimiyyət dəyişikliyi baş verib. Prezident Viktor Yanukoviç hakimiyyətindən kənarlaşdırılıb, konstitusiya dəyişdirilib və 25 mayda seçkilər təyin edilib. Ölkənin yeni hakimiyyəti Avropa Birliyiylə assosiasiyaya sazişini imzalamağa hədəfləmişdi. 

Ukraynada hakimiyyət dəyişməsindən sonra Avropa Birliyinin dövlət başçılarının sammiti assosiasiya haqqında razılaşmanı bölməyə qərar verib. 21 martda siyasi başçılar arasında imzalanma təyin edilib. Ukraynanın baş naziri Arseni Yatsenyukun sözlərinə görə, Ukrayna ölkədə prezident seçkilərindən sonra Avropa Birliyiylə bu müqavilənin iqtisadi hissəsini imzalamaq niyyətindədir.
Sizin Reklam Yeriniz