“Euronews”da Azərbaycan haqqında reportaj
Movqe.az AzVision.az-a istinadən xəbər verir ki,"Euronews" Azərbaycan haqqında daha bir reportaj yayımlayıb. Telekanalın yeni sujeti Bakıda keçirilən milli bayramımız - Novruz haqqında olub.
Reportajda qeyd edilib ki, Novruz yazın gəlişinin rəmzi olan qədim
xalq bayramıdır, mənası "Yeni gün" deməkdir. Azərbaycan ilə yanaşı
dünyanın bir çox ölkəsində təntənəli şəkildə qeyd edilir.
Reportajda Milli parkın ərazisində keçirilən bayram şənlikləri,
müxtəlif rayonlara aid adət-ənənələrin, nemətlərin sərgiləndiyi
bölmələr nümayiş edilib. Həmçinin, Azərbaycanda qorunub saxlanan
Novruz adət-ənənələrinə toxunulub, insanların bayram günlərində
dost və qohumlarını ziyarət etdiyi diqqətə çatdırılıb.