Əlaqə Arxiv
news Image
2014.03.22
20:05
| A A A
Ukraynanın 2 minə yaxın hərbçisi Krımı tərk etmək istəyir
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qara dəniz donanmasına Krım respublikasının ərazisini tərk etmək istəyən Ukrayna hərbçilərinə şəraitin yaradılması barədə tapşırıq verib. 

Movqe.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə nazirliyi açıqlama verib.
Açıqlamada bildirilir ki, martın 21-nə olan məlumata görə, Krım respublikasına dislokasiya edilmiş Ukrayna Silahlı Qüvvələrinin 2 minə yaxın hərbçisi bölgəni tərk etmək barədə müraciət edib. 

Ümumilikdə, Krımda yerləşən Ukrayna Silahlı Qüvvələrinə məxsus 147 hərbi bölmədə artıq Rusiya bayrağı qaldırılıb. Bundan başqa Ukraynanın 67 hərbi gəmisindən 54-də Rusiya Hərbi Dəniz Qüvvələrinin bayrağı dalğalanır.
Sizin Reklam Yeriniz