Əlaqə Arxiv
news Image
2014.03.24
12:04
| A A A
İtən təyyarənin axtarışı genişlənir
Mart ayının 8-də radarlardan itən Malayziyaya məxsus "Boinq-777" təyyarəsinin axtarışlarına yeni ölkələr qoşulur. Çin və Yaponiya Hind okeanının cənub hissəsində aparılan axtarış əməliyyatlarına cəlb ediliblər. Bu ölkələr onlarla təyyarə və hərbi gəmi ilə işə başlayıblar. 

Peyk şəkillərinə əsasən, təyyarənin qalıqları ola biləcək obyektlərin yerləşdiyi 70 min kvadrat kilometr sahəsi olan ərazini 10 təyyarə nəzərdən keçirəcək. Bu gün bölgədə hava şəraitinin pisləşəcəyi və bunun axtarış əməliyyatını çətinləşdirəcəyi proqnozlaşdırılır. 

Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçarkən Vyetnam səmasında radarlardan itən "Boinq-777" təyyarəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub.


Sizin Reklam Yeriniz