Əlaqə Arxiv
news Image
2014.03.25
12:00
| A A A
Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi olub
Movqe.az xəbər verir ki ,bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib. ans press-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evin mətbəx, dəhliz və hamamının taxta konstruksiyalardan ibarət tavanı 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan hamamın tüstü bacasının ətrafı 2 kv.m sahədə yanıb. Hamamın qalan hisəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəki rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb. Minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Astara rayonu, Seləkəran kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyası və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İsmayıllı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan mağazanın tavanı 1 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sizin Reklam Yeriniz