MDB Baş Qərargah rəisləri Bakıya toplaşacaqlar
Movqe.az ans press-ə istinadən xəbər verir
ki , Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin
iclasının keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat
xidmətindən ans press-ə verilən məlumata görə, ilk dəfə olaraq
Azərbaycanda keçiriləcək iclas aprelin 7-8-də baş
tutacaq.
Azərbaycan Silahlı Qüvvələrinin qarşısında beynəlxalq əməkdaşlıq üzrə duran əsas vəzifə respublikamızın strateji maraqlarına uyğun olaraq, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda hərbi əməkdaşlığın genişləndirilməsindən, bu əməkdaşlığın Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və prioritet vəzifələrinin yerinə yetirilməsi işinə töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, hazırda Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib.