Əlaqə Arxiv
news Image
2014.03.25
14:05
| A A A
Bakıda bayram günlərində 258 sərxoş sürücü saxlanılıb
Movqe.az ans press-ə istinadən xəbər verir ki Bakıda bayram günləri 258 sərxoş sürücü yol polisi tərəfindən saxlanılıb. 

Bakı şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun ans press-ə verdiyi məlumata görə, istirahət günlərində yol polisi sərxoş sürücülərə qarşı reyd keçirən zaman təkcə 11-ci tağımı tərəfindən 161 sərxoş sürücü barədə inzibati protokol tərtib olunub.

Yol polisi onu da əlavə edib ki, bayram günləri paytaxtda 21 yol qəzası baş verib. Qəzalarda 3 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu ilin yanvar ayının birindən indiyə qədər 1908 sərxoş sürücü saxlanılıb.
Sizin Reklam Yeriniz