Əlaqə Arxiv
news Image
2014.03.25
20:02
| A A A
Səhiyyə Nazirliyindən hepatit açıqlaması Movqe.az ans press-ə istinadən xəbər verir ki , epidemioloji xəstəliklərin daşıyıcılarının daha çox hansı bölgələrdə yaşaması ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib. 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva ans press-in suallarına cavab olaraq bildirib ki, son illər infeksiya daşıyıcılığı əsasən B və C virus hepatitləri üzrə qeydə alınır.

Onların aşkarlanması xüsusi müayinə üsulları ilə həyata keçirilir. Afaq Əliyeva son zamanlar belə xəstəliklərin artma səbəblərinə də aydınlıq gətirib. 

Son zamanlar insanlar arasında daşıyıcılıq hallarının artması laborator şəbəkələrinin genişləndirilməsi və diaqnostika üsullarının keyfiyyətinin təkmilləşdirilməsi ilə izah olunur. Daşıyıcılıq halları əsasən Bakı şəhərində daha çox aşkar edilib. 

Viruslu hepatitlərlə xəstələnmə 25-50 yaşlarda daha çox təsadüf olunur.
Sizin Reklam Yeriniz