Əlaqə Arxiv
news Image
2014.03.26
11:00
| A A A
Azərbaycanda sellofan yeyən uşaq (VİDEO)
Movqe.az ans press-ə istinadən xəbər verir ki ,1 saylı şəhər klinik xəstəxanasının cərrahiyyə şöbəsindən qaynar xəttimizə gələn zəngin səbəblərini eşidəndə inana bilmədik. 9 yaşlı uşaq nə az, nə çox düz 25 ədəd sellofan torba udub. Vaxt itirmədən xəstəxanaya yollandıq. Əməliyyatı aparan həkimin sözlərinə görə, xəstə Rafat Əkbərli Lənkəran rayon sakinidir. Və hadisə də elə həmin rayonda baş verib. Daha sonra uşağın valideynləri onu Lənkəran rayon xəstəxanasına aparıblar, ancaq həkimlər düzgün diaqnoz qoya bilmədiyi üçün xəstə Bakıya göndərilib.

Həkimin sözlərinə görə, artıq xeyli müddətdir ki, uşaq bu cür polietilen torbaları yeyirmiş. Azyaşlının valideynləri isə Rafat kəskin qarın ağrılarından şikayətləndikdə bundan xəbər tutub. Əməliyyat 2 saat davam edib. Hazırda azyaşlı reanimasiya şöbəsinə köçürülüb. Adil Hüseynovun sözlərinə görə, onun vəziyyəti ağır stabil olaraq qalır.


Sizin Reklam Yeriniz