Əlaqə Arxiv
news Image
2014.03.26
11:01
| A A A
Bakıda möhtəşəm sərgi keçiriləcək
VIII Bakı Beynəlxalq "Motor şou" sərgisi mayda keçiriləcək.

Movqe.az ans press-ə istinadən xəbər verir ki , Mayın 15-dən 17-dək Azərbaycanın avtomobil həvəskarlarının çoxdan gözlədikləri VIII Bakı Beynəlxalq "Motor şou" ("BIMS 2014") sərgisi keçiriləcək.

Xəzəryanı regionunun ən böyük avtomobil sərgisi olan bu tədbir yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil texnikası və komplektləşdiricilərinin dünyaca məşhur brendlərinin distribütor və dilerlərini bir araya gətirəcək. 

Sərgi iştirakçıları arasında minik avtomobillərinin istehsalında məşhur olan "Bentley", "Toyota", "Lexus", "Volvo" və digər dünya istehsalçılarının distribütorları da yer alacaq.

Motosiklet dilerləri isə "Aprilia", "Suzuki", "Harley Davidson" və "Vespa" kimi dünya üzrə aparıcı istehsalçıların modellərini təqdim edəcək. Kommersiya sektorunda "MANN" və "HOVA" şirkətlərinin istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və yarım-qoşqular nümayiş etdiriləcək.

Sərgidə avto-hissələr, avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasına aid digər məhsullarla bağlı tematik bölmə əhəmiyyətli yer tutacaq.
Sizin Reklam Yeriniz