Bakının qaranlığındakı qəza 4 nəfəri ölümcül yaraladı
Ötən gecə saat 23:45-də Bakının Xəzər rayonu ərazisində 4 nəfərin
ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Movqe.az xəbər verir ki , Rayon Polis İdarəsi 1-ci polis bölməsindən ans press-ə verilən məlumata görə, Mərdəkan qəsəbəsi ərazisində iki minik maşını toqquşub. Qəza nəticəsində 4 nəfər ağır yaralanıb.
Yaralılar 30 yaşlı Fuad Şahverdiyev, 25 yaşlı Alqayıt Rəhimova, 26 yaşlı Əziz Qurbanov, 22 yaşlı Vüsal Məmmədovdur. Yaralılar ağır halda 3 saylı Sabunçu rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların vəziyyətləri ağırdı.
İlkin ehtimala görə, hadisənin baş verməsinə avtomobillərin sürətlə hərəkət etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.