Əlaqə Arxiv
news Image
2014.03.26
13:16
| A A A
İrandan Ermənistana gələn turistlərin sayı kəskin azalıb
İrandan Ermənistana gedən turistlərin sayı kəskin azalıb.

Movqe.az  ans press-ə istinadən xəbər verir ki ,bu barədə Ermənistanın yerli mətbuatı həyəcan siqnalı verir. İrəvan və başqa şəhərlərə İrandan bu ölkəyə baş çəkməyə gələn turistlərin sayında müşahidə olunan mənfi dinamika hər il əhəmiyyətli dərəcədə artır.

İranlı turistlərə xidmət etməkdə böyük təcrübəyə malik turoperatorlar isə təsdiq ediblər ki, bu il Novruz bayramı zamanı İrandan İrəvana gələnlərin sayında kəskin azalma müşahidə olunub.

Nəşrlərin yaydığı məlumatlarda qeyd olunub ki, azalmalar hər şeydən əvvəl, İrəvanın çox bahalı şəhər olması ilə əlaqədardır. Bundan başqa, iranlılar onlardan qeyri-qanuni gediş haqqı tələb edən taksi sürücülərinin xidmətlərindən çox narazıdırlar. Həmçinin kafelərdə, restoran və mağazalarda bahalıq höküm sürür. Mehmanxanalarda isə qiymətlər kəskin qalxıb. Qəzetlərdə həmçinin qeyd olunub ki, ölkənin biznes mühitində minlərlə insan işsiz qalıb. Mütəxəssislərin fikirincə bu yay mövsümüsündə də Ermənistana səfər edəcək turistlərin sayı heç vaxt olmadığı kimi azalacaq.
Sizin Reklam Yeriniz