Əlaqə Arxiv
news Image
2014.03.26
14:10
| A A A
Çirkli hava 7 milyon insanı öldürdü
Dünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə görə, 2012-ci ildə havanın çirklənməsi nəticəsində dünyada 7 milyon insan ölüb.
Movqe.az ans press-ə istinadən xəbər verir ki , araşdırma havanın çirklənməsi və ürək, respirator və xərçəng xəstəlikləri arasında əlaqənin olduğunu aşkarlayıb.

Qlobal miqyasda 8 ölüm halından biri havanın çirklənməsilə əlaqədardır ki, bu da onu dünyanın yeganə ən təhlükəli ekoloji səhiyyə riskinə çevirir, Dünya Səhiyyə Təşkilatı bildirib.

"Havanın çirklənməsi təhlükəsi, xüsusilə də, insult və ürək xəstəlikləri baxımından, əvvəl təsəvvür edildiyindən daha böyük risk təşkil edir", Beynəlxalq təşkilatın nümayəndəsi Maria Neira deyib.

Xanım Neiraya əsasən, dəlillər nəfəs aldığımız havanın təmizlənməsi üçün müştərək addımlara ehtiyac olduğunu göstərir və havanın təmizlənməsilə milyonlarla həyat xilas edilə bilər.

Ölümlərdən 6 milyonu Şərqi Asiyanın cənub bölgəsində və Sakit okean regionunun qərbində qeydə alınıb.

Dünya Səhiyyə Təşkilatı ölümlərin əksər hallarının aşağı və orta gəlirli bölgə ölkələrində baş verdiyini bildirərkən qapalı və açıq məkandakı havanın çirklənməsinin təsirini də qeyd edib.

Dünya Səhiyyə Təşkilatının ailə, qadın və uşaq sağlamlığı departamentinin baş direktor müavini Dr Flavia Bustreo deyir ki, evdə daha çox vaxt keçirən yoxsul qadın və uşaqlar, kömür və odun hisilə daha çox təsirlənir və daxili və ümumi çirklənmədən daha çox əziyyət çəkir.


Sizin Reklam Yeriniz