Bakının ən böyük əyləncə mərkəzində nələr baş verir?
Bakının ən böyük əyləncə mərkəzlərindən birinin həyətində yanğın
olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidmətindən ans press-ə verilən məlumata görə, məlumat daxil olan
kimi hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub. Yanğın
hadisəsi Megafun əyləncə mərkəzinin yerləşdiyi Yeni Həyat Yaşayış
Kompleksinin həyətində baş verib. Hadisə yerinə cəlb olunan
yanğınsöndürənlər ərazidəki kol-kosun yandığını görüblər. Alovun
qarşısı alınıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.