Paytaxtın ən vacib yollarından biri açıldı
Bu gündən Azərbaycanda rəsmi iş günü başlayıb.
Bununla əlaqədar paytaxtda yenə də tıxaclar başlayıb. Bu gərgin
vəziyyətdə Bakının əsas küçələrdən birində təmir işləri başa
çatıb. Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzindən Movqe.az-a verilən məlumata görə, Səməd
Vurğun küçəsinin Hənifə Ələsgərov küçəsilə kəsişməsindən Abbasqulu
ağa Bakıxanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər
Əliyev adına təhsil kompleksinin yanı - şəhər istiqamətində)
aparılan təmir işləri yekunlaşıb.Bununla
əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa
edilib.