Əlaqə Arxiv
news Image
2014.03.27
12:47
| A A A
Bakıda keçmiş məhbus yenə "ilişdi"
Bakıda şəhər sakinlərindən 1 kq-a yaxın marixuana götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Namiq Qafarovdan 460 qram marixuana götürülüb.
Araşdırmalar zamanı Namiq Qafarovun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.  Bundan başqa, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Ağasəlim Əliyevdən 405 qram marixuana götürülüb. 
Hər iki fakt üzrə cinayət işi açılıb, istintaq aparılır.
Sizin Reklam Yeriniz