Əlaqə Arxiv
news Image
2014.03.27
19:20
| A A A
Məhkumlardan telefon aşkarlandı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkumlardan qadağan olunmuş əşyalar götürülüb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Maarif Tarif oğlu Bağırovun üzərinə baxış keçirilən zaman alt paltarının içərisində gizlədilən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Maarif Bağırov Cinayət Məcəlləsinin 181.3.1; 181.3.2; 181.3.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan Anar Qəhrəman oğlu Əliyevin üzərinə və saxlanıldığı kameraya baxış keçirilən zaman onun cibindən daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Qeyd edək ki, Anar Əliyev Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək həbs edilib.Hər iki fakt üzrə araşdırma aparılır.
Sizin Reklam Yeriniz