Əlaqə Arxiv
news Image
2014.03.28
10:00
| A A A
Ermənilər 100-ə yaxın Azərbaycan evini atəşə tutublar
Erməni silahlı qüvvələri ötən gecə Tovuz rayonu Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması nəticəsində çoxlu sayda evə ziyan dəyib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 100-ə yaxın ev atəşə tutulub. Atışma nəticəsində evlərin qapı-pəncərələrinə, damlarına ciddi ziyan dəyib. İnsanlar isə gecəni qorxu içində keçiriblər. Onların evlərinin zirzəmisində yatdıqları bildirilir. Açılan atəş hətta kənd sakinlərinin yatdıqları evin içindəki divarlarda dəliklər açıb.Əlibəyli kəndinin aramsız olaraq atəşə tutulmasına baxmayaraq kəndin cəbhə xəttinə yaxın ərazilərində yaşayan sakinləri öz yurd-yuvalarını tərk etməyiblər. Onlar sona qədər də ev-eşiklərini tərk etməyəcəklərini bildirirlər. Qeyd edək ki, Əlibəyli kəndində 4 minə yaxın insan yaşayır. Kənddə ümümilikdə 650-yə yaxın ev var.
Sizin Reklam Yeriniz