Əlaqə Arxiv
news Image
2014.03.28
10:02
| A A A
“Gecə yata bilməmişik” - Deputat Tovuzdakı atışmadan yazdı
Tovuzdan seçilən millət vəkili Qənirə Paşayeva dünən gecədən etibarən rayonun Əlibəyli kəndi istiqamətində ermənilərin atəşkəsi pozmasına və nəticədə bir nəfər mülki vətəndaşın yaralanmasına münasibət bildirib.
Movqe.az xəbər verir ki, millət vəkili facebook hesabında bütün gecə boyu atəş səsindən yata bilmədiklərini yazıb:"Ermənistan və onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər. Gecə demək olar ki yata bilməmişik. Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması, axşam saatlarında mülkü vətəndaşın maşınını,sonra isə kənd sakini Etibar Tağıyev qardaşımızın evini,kənd sakinlərinin evlərini atəşə tutması nəticəsində gərgin və narahat bir gecə yaşadıq. Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq. Özəlliklə axşam saatlarında. Çünkü o zamanlar bütün ailə evdə olur. Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. Bu dəfə də insanlığa sığmayan əməllərini davam etdirərək Etibar qardaşımızın evini gülləyə tutublar və güllələrdən biri evin divarını keçərək onu ayağından yaralayıb. Rayon xəstəxanasına çatdırılan qardaşımızım vəziyyəti çox şükr indi normaldır. Həkimlər sağ olsunlar bütün yardımlar olunub və qardaşımızın ayağı itirilmə riski daşımır.

Etibar qardaşımızın özü ilə də telefonla danışdım və keçmiş olsun diləklərimi çatdırdım.

Məktəb yaşlı 3 uşağın və ailənin xanımının yaşadıqları təbii ki, çox ağır hadisədir və çox şükr ki, onlar ciddi bir xəsarətlər almayıblar. Amma yaşadıqları psixoloji gərginlik təbii ki, onlara ciddi təsir edib. İnşallah bir daha nə onlar, nə də digər ailələrimiz belə hadisələr yaşamasın. Ermənistan dövləti və onun silahlı qüvvələri isə bir daha simasını hər kəsə göstərdi.

ATƏT-in Minsk qrupu həmsədrləri, beynəlxalq təşkilatlar isə yəqin ki, reaksiya verməkdən, etiraz bildirməkdən yayınacaqlar. Həmişə olduğu kimi... Çox təəssüf... Bu insanlar isə onlardan ən azı etiraz səslərini ucaldan açıqlamalar gözləyirlər"



Sizin Reklam Yeriniz