Əlaqə Arxiv
news Image
2014.03.29
10:58
| A A A
Hava kəskin soyuyacaq
Bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında dumanlı hava müşahidə olunur. Bundan başqa, dumanlı hava şəraiti ölkənin bir çox rayonlarında da hökm sürür. Dumanlı havanın bu gün günorta saatlarına qədər davam edəcəyi, havanın arabir yağıntılı olacağı gözlənilir. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ans press-ə bildirib.

"Hazırda Bakıda və Abşeron yarmadasında havanın tempraturu 10-13 dərəcə arasında dəyişir. Ölkənin rayonlarında 10-15 dərəcə isti var. Bəzi yerlərtə arabır yağıntılı hava müşahidə olunacaq", - deyə Gülşad Məmmədova bildirib.

Gülşad Məmmədova həmçinin onu da əlavə edib ki, sabah Bakıda və Abşeron yarmadasında havanın temperaturu kəskin düşəcək. Paytaxtda gecə və gündüz 1-4 dərəcə isti olacaq. Mərkəzi Aran rayonlarında isə 5-10 dərəcə isti olacaq. Arabir yağış yağacaq. Bəzi yerlərdə dumanlı hava müşahidə olunacaq.
Sizin Reklam Yeriniz