Əlaqə Arxiv
news Image
2014.03.29
12:07
| A A A
Bakıda 4600 manatlıq qələm oğurlandı
Bakıda dəyəri 4609 dəyərində qələm oğurlanıb. 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ans press-ə verilən məlumata görə, martın 27-də Bakı şəhər sakini Aydın Beyişov Polis Bölməsinə müraciət edərək bildirib ki, 25.03.2014-cü il tarixdə Ş.Qurbanov küçəsində yerləşən özünə məxsus dəftərxana ləvazimatları mağazasından, orada satıcı işləyən Bakı şəhər sakini Nicat Mikayılov 1 ədəd dəyəri 4609 manat olan qələm və qələm qabını oğurlayıb. 

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Nicat Mikayılov tutulub.
Sizin Reklam Yeriniz