Əlaqə Arxiv
news Image
2014.03.29
15:06
| A A A
Ödəniş terminalı oğurlandı
Bakıda "E" manat ödəniş terminalı oğurlanıb. Bakı Şəhər Baş polis İdarəsindən ans press-ə verilən məlumata görə, Xəzər rayonu ərazisitndə mağaza və şirkətlərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov və Məhərrəmağa Ağayev tutulub.

Müəyyən edilib ki, onlar Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən "Vois MMC"-yə məxsus Pay Point aparatını sındıraraq oğurluğa cəhd ediblər. Binə qəsəbəsi Donuzçuluq sovxozunda Sərdar Ağayevə məxsus mağazadan, qapını sındırmaq yolu ilə tütün məmulatları, Binə qəsəbə sakini Vəliyəddin Həsənova məxsus mağazanın kassasından 100 manat, mağazada olan "Pair Point" aparatını sındıraraq içərisində pul olan qutunu, Buzovna qəsəbəsində Nicat Ağayevə məxsus mağazadan "Mooleniz" MMC-yə məxsus "E" manat ödəniş terminalını, Binə qəsəbə sakini Azad Əhmədzadəyə məxsus marketdən "Mooleniz" MMC-yə məxsus Pay Point aparatı sındıraraq 2000 manat oğurlayıblar.

Oğurluqda şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sizin Reklam Yeriniz