Azərbaycanlı səfir Tunis prezidentinə etimadnaməsini təqdim etdi
Azərbaycanın Mərakeşdəki səfiri Tarik Əliyev eyni zamanda Tunisdə
səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini bu ölkənin
Prezidenti Mohamed Monsef Marzukiyə təqdim edib.
Movqe.az ans press-ə istinadən xəbər verir ki, etimadnamənin təqdimatından sonra Tunis prezidenti ilə səfir arasında görüş olub.
Prezident M.M.Marzuki iki ölkə arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. O, ölkəsinin geniş turizm imkanlarına malik olduğunu bildirib, bu sahədə əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
T.Əliyev Azərbaycanın Tunis ilə əlaqələrin inkişafına önəm verdiyini bildirib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib. O, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində birgə səylərin artırılacağına əminliyini bildirib.
Prezident M.M.Marzuki T.Əliyevi Azərbaycanın Tunisdəki səfiri təyin olunması münasibətilə təbrik edib, onun fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını vurğulayıb.