Rusiya Ukraynaya müdaxilə etməyəcək
Rusiya qoşunlarının Ukrayna sərhədində
cəmləşdirilməsi dünya dövlətlərində Putinin marağının Krımla
məhdudlaşmadığına dair qorxular yaradıb. Movqe.az ans press-ə
istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey
Lavrovun şənbə günü verdiyi açıqlama, bu şübhələri aradan qaldırıb.
Lavrov Rusiya və Amerika liderləri arasında Ukrayna böhranın
diplomatik çözümü ilə bağlı telefon söhbətindən sonra belə deyib:
"Moskvanın Ukraynaya qoşun göndərmək niyyəti
yoxdur".
Lavrov isə şənbə günü "Rossiya 1" telekanalına müsahibəsində belə deyib: "Ukrayna sərhədini keçməyə nə marağımız, nə də niyyətimiz var." Müsahibədən sonra Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə telefonla söhbət etdiyi məlum olub.
Amerikanın dəstəklədiyi plan Ukrayna sərhədində hərbi qüvvənin cəmləşdirilməsinin dayandırılmasını və Krımdakı Rusiya qoşunlarının geri çəkilməsini nəzərdə tutur.
Amerikanın dövlət katibi Con Kerri ilə Sergey Lavrov bu məsələni bazar günü Parisdə müzakirə etməlidirlər.
Bu söhbətdən əvvəl isə Ukraynadakı böhrandan çıxış yollarını Barack Obama ilə Vladimir Putin müzakirə edib. Amerika rəsmilərinə əsasən söhbətin təşəbbüskarı Moskva olub.
Ağ Ev bildirir ki, bir saatlıq telefon söhbətində prezident Obama böhranın sovuşmasında diplomatik vasitələrin dəstəklənildiyini vurğulayıb. Açıqlamaya əsasən Obama Rusiya qoşunlarını geri çəkməyə və Ukrayna ərazi bütövlüyünün pozulmasına yönələn əlavə addımlar atmamağa səsləyib.
Kreml bildirir ki, söhbət əsnasında Rusiya lideri Obamanın diqqətini Kiyev və Ukraynanın digər bölgələrində ekstremistlərin davam edən çıxışlarına yönəldib. Bundan əvvəl Rusiya təhlükəsizlik rəsmisi Qərbin rəsmi Moskvanın təsirini azaltmaq cəhdlərinə qarşı kəşfiyyat işləri artırıldığını bildirmişdi.