Əlaqə Arxiv
news Image
2014.03.30
12:06
| A A A
Qubada və Qusarda 22 santimetr qalınlığında qar yağdı
Yazın gəlməyinə baxmayaraq Azərbaycana qar yağıb. Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə görə, gecə saat 3-dən başlayaraq şimal bölgəsinə qar yağmağa başlayıb. 


Ən çox qar Qubanın Xınalıq kəndi ərazisində yağıb. Qarın qalınlığının 22 santımetr olduğu bildirilir. Qusarın dağlıq Ləzə kəndinin ərazisində isə 15 santımetr qalınlığında qar yağıb.

Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə qədər aşağı düşüb. Qusarda mənfi 6 dərəcə, Qubada mənfi 5 dərəcə, dağlıq ərazilərdə isə mənfi 6-11 dərəcə soyuq hava müşahidə olunur. 

Şimal bölgəsində yerləşən rayon mərkəzlərində də qarlı hava müşahidə olunur. Hazırda qarın yağması davam edir. 

Quba Ərazi Hidrometerelogiya Mərkəzindən bildiblər ki, gün ərazində qarın yağması davam edəcək. Aprelin 1-nə qədər havanın qeyri-sabit keçəcəyi gözlənilir.

Sizin Reklam Yeriniz