Əlaqə Arxiv
news Image
2014.03.30
14:20
| A A A
Ledi Qaqa ən qeyri-adi kostyumlarının sərgisini təşkil edib (VİDEO)
Martın 28-də ad gününü qeyd edən dünya məşhurlarından biri Ledi Qaqa Nyu-Yorkda qalereya açıb. Movqe.az ans press-ə istinadən xəbər verir ki , ən çox müzakirə olunan ulduz musiqi və incəsənət aləminin öndəgedən simalarını Manhettendə açılan qalereyaya toplayıb. G.U.Y. klipinə həsr olunan qalereya "The Out NYC" otelində fəaliyyət göstərir.

"Lady Gaga Gallery"də aprelin 10-dək müğənninin ən qeyri-adi kostyumlarını və 11 dəqiqəlik video üçün rekviziti, eləcə də, müasir rəssam Natan Savayanın işlərini görmək olar. Savaya Lego heykəlləri ilə məşhurdur və ötən il Tayms-skverdə öz sərgisini keçirib.

Xatırladaq ki, Ledi Qaqa noyabr ayında Nyu-Yorkda yeni "Artpop albomunun təqdimatını keçirmişdi və o zaman da geyimləri nümayiş olunmuşdu


Sizin Reklam Yeriniz