Əlaqə Arxiv
news Image
2014.03.30
21:03
| A A A
Güclü külək şəhər və rayonlarda ciddi fəsadlar törədib (VİDEO)
Ötən gecədən başlayan və sulu qarla müşayət olunan güclü külək ölkənin bəzi şəhər və rayonlarında ciddi fəsadlar törədib. Movqe.az ans press-ə istinadən xəbər verir ki , Bərdə və Tərtər rayonları işıqsız qalıb. Külək elektrik dirəklərini aşırıb, naqilləri sıradan çıxarıb, ağacları aşırıb. Kəndlərin bəzilərində evlərin dam örtüyünü atıb. Goranboyun dağlıq ərazilərində yerləşən yaşayış məntəqələri isə 10 sm qar altındadır. 

Azərbaycanın şimal bölgəsinə də gecə saat 3-dən başlayaraq qar yağmağa başlayıb. Ən çox qar Qubanın Xinalıq kəndi ərazisində yağıb. Qarın qalınlığının 22 santimetr olduğu bildirilir. Qusarin Dağliqləzə kəndinin ərazisində isə 15 santimetr qalınlığında qar yağıb. Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə qədər aşağı düşüb. 

Bu gün səhər saatlarından Şəkiyə də qar yağıb. Bəzi dağlıq hissələrdə qarın hündürlüyü 20 sm-ə çatıb. Güclü küləklə müşayiət olunan qar bölgədə bəzi fəsadlara da səbəb olub. Regional elektrik şəbəkəsindən aldığımız məlumata görə, dunən axşam saatlarından başlayan güclü külək və səhər saatlarından əraziyə düşən yağıntı bölgənin bəzi rayonlarında elektrik xəttlərinin qırılmasına səbəb olsa da, hazırda fəsadlar aradan qaldırılır. həmin ərazilərə enerji verilişi bərpa olunub.


Sizin Reklam Yeriniz