Əlaqə Arxiv
news Image
2014.03.30
23:01
| A A A
Azərbaycanda dəhşətli qəza: hamı bu qəzadan danışır (VİDEO)
Sosial şəbəkələrdə Azərbaycanda baş vermiş dəhşətli yol qəzasının videogörüntüləri yayılıb. Movqe.az ans press-ə istinadən xəbər verir ki, hadisə avtomagistral yollardan birində baş verib. Belə ki, sürətlə hərəkət edən "Kamaz" markalı avtomobil yol kənarında dayanan digər "Kamaz" markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində yol kənarında dayanan "Kamaz" markalı avtomobil fırlanaraq əks istiqamətə dönüb və yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Zərbənin təsirindən "Kamaz"da olan sərnişin və sürücü avtomobilin qapısından çıxaraq yolun ortasına düşüb. Ətrafdakılar dərhal zərərçəkənlərin köməyinə gəlib. 

Təhlükəsizlik kamerasına düşən görüntülərdə sərnişinin yüngül xəsarət aldığı, sürücünün isə vəziyyətinin yaxşı olmadığı görünür.


Sizin Reklam Yeriniz