Nazirlikdən partiyalara və QHT-lərə xəbərdarlıq
Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət
təşkilatları və siyasi partiyalara xəbərdarlıq etdi.
Nazirliyin mətbuat xidmətindən
Trend-ə bildiriblər ki, "Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun
29.4-cü maddəsinə və "Siyasi partiyalar haqqında" Azərbaycan
Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət
təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları
aprelin 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim edilməlidir.
"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.