Əlaqə Arxiv
news Image
2014.03.31
21:44
| A A A
22 yaşlı tələbə qızı yük avtomobili vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bədən xəsarətləri alan gənc qızın vəziyyəti ağırdır. ANS PRESS-in verdiyi məlumata görə, 22 yaşlı Səriyyə Qurbanova şəhərin Təbriz küçəsində yolu keçmək istəyərkən onu avtomobil vurub. Qəzanı törədən sürücü yaralını hadisə yerində qoyaraq qaçıb. Onu xəstəxanaya yoldan keçən başqa avtomobil sürücüsü çatdırıb. Həkim-travmatoloq Məharət Kərimov deyib ki, yaralının vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə şahidi Muraz Həsənovun sözlərinə görə, gənc qızı Ford markalı yük avtomobili vurub.

Qeyd edək ki, Səriyyə Qurbanova Goranboyun Borsunlu kənd sakinidir. Gəncədə Dövlət Aqrar Universitetində təhsil alır. Hazırda Gəncə şəhər Baş Polis İdarəsi hadisəni törədən sürücünü müəyənləşdirmək istiqamətində iş aparır.
Sizin Reklam Yeriniz