Əlaqə Arxiv
news Image
2014.04.01
18:16
| A A A
Şirvanlı oğlan Bakılı qızı qaçırdı-Özəl
Mehriban Zeynalova: "Qızın valideynlərinə oğlan tərəf qızla görüşmək üçün imkan yaratmırlar" Paytaxtda17 yaşlı qız Şirvan rayon sakini tərəfindən qaçırılıb. Bu barədə Movqe.az-a"Təmiz Dünya" İctimai Birliyinin sədri  Mehriban Zeynalova məlumat verib. M. Zeynalovanın sözlərinə görə, hadisə bir neçə gün öncə baş verib: "Şirvan rayon sakini olan 21 yaşlı oğlan M. A (adı şərtidir) Q.A-nı qaçırdaraq Şirvan rayonuna aparıb. Bu barədə qızın valideynləri mənə məlumat veriblər. Valideynlər qızın zorla qaşırıldığını söyləsələr də, oğlan tərəf qızın razılığı ilə gəldiyini söyləyir. Qızın valideynləri bu barədə Şirvan polisinə müraciət etsələr də, orda bu məsələyə baxan olmayıb. Bildirilib ki, Bakıda polisə müraciət edin. Valideynləri də Nəsimi rayon polisinə bu barədə müraciət ediblər. Onlar isə məsələyə, yəni adam oğurluğuna aid olmayan maddə ilə 176-cı maddə ilə iş açıblar". 

M. Zeynalova qızın 17 yaşının olduğunu söyləyib. Həmçinin qızın valideynlərinə oğlan tərəf qızla görüşmək üçün imkan yaratmırlar. Bu isə qızın öz razılığı, yoxsa zorla qaçırıldığı barədə şübhə yaradır.

Sizin Reklam Yeriniz