Ev heyvanlarından insanlara pnevmoniya təhlükəsi
Uşaqların heyvanları sevməsi müsbət hal olsa da, valideynlər
övladlarını heyvanlarla təmasda olarkən diqqətdən kənarda
qoymamalıdırlar. Bu günlərdə Britaniyada 19 yaşlı qıza pişikdən
pnevmoniya xəstəliyinin keçməsi valideynləri diqqətli olmağa
vadar edir. Ölkənin baş pediatrı Nəsib Quliyev də heyvanlardan
insanlara ən təhlükəli xəstəliklərin keçmə ehtimalının olduğunu
söyləyib: "Pişikdən insanlara təkçə pnevmoniya yox, təhlükəli
viruslar da keçə bilər. sitomeqalovirus, qurd xəstəlikləri yoluxa
bilər. Ona görə də, valideynlər ehtiyatlı olmalı, evdə pişik
saxlayarkən mütləq baytar nəzarətindən keçən heyvanları
saxlamalıdırlar. Yoxsa özləri də bilmədən uşaqlarına ən təhlükəli
xəstəlikləri yoluxdura bilərlər".