Əlaqə Arxiv
news Image
2012.06.20
13:08
| A A A
Nazirliyin strukturu dəyişdi
Mili parkların mühafizə və ekoturizm bölmələri, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının mühafizə bölmələri yaradılıb. Prezidentin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli sərəncamı ilə təsdiq edilmiş I Əlavədə - "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu"nda dəyişikliklər edilməsi haqqında fərman verib.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin regional və yerli bölmələri, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin milli parkların mühafizə və ekoturizm bölmələri, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının mühafizə bölmələri yaradılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin regional və yerli bölmələrinin və Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin tabeliyindəki milli parkların mühafizə və ekoturizm bölmələrinin, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqlarının mühafizə bölmələrinin formalaşdırılması hazırda Meşələrin inkişafı departamentinin meşə mühafizəsi, bərpası və meşəsalma müəssisələrində və Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin tabeliyindəki milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqlarında dövlət tənzimlənməsi və dövlət nəzarəti funksiyalarını yerinə yetirən mövcud vəzifələr hesabına həyata keçirəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir ay müddətində Meşələrin inkişafı departamentinin və Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin strukturlarında müvafiq dəyişikliklər etmək tapşırılıb. Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir. /AzərTac/
Sizin Reklam Yeriniz