Əlaqə Arxiv
news Image
2014.04.03
18:13
| A A A
Sumqayıtın polis bölmələrindən DİN-ə şikayət ediləcək
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Sumqayıtdakı polis bölmələrində olublar Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Sumqayıtdakı polis bölmələrində aşkarladıqları nöqsanlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcək. 

ANS PRESS-in məlumatına görə, MPQ üzvləri Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1, 2 və 3-cü polis bölmələrinə və Abşeron Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata keçiriliblər.

Başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Qrupun üzvləri başçəkmələr zamanı adıçəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitini öyrənib, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qeyd edilməlidir ki, qəbul olunmuş şəxslər müəssisə əməkdaşlarının onlara qarşı rəftarı və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Adıçəkilən MSY-lər standartlara cavab versə də, Sumqayıt ŞPİ-nin 1-ci və 3-cü polis bölmələrində sənədləşmədə nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.


Sizin Reklam Yeriniz